Aprel döyüşlərinə həsr olunan silsilə tədbirlər keçirildi

Məktəbdə Aprel zəfərinin səkkizinci ildönümünə həsr olunan tədbirlər keçirildi. 2016-cı ildə baş verən hadisələrə həsr olunan “Zəfərə gedən yolda”, “Bir ölüb min dirilərik”, “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir”, və digər mövzularda sinif təşkilat saatları, vətənpərvərlik mövzusunda idman yarışları təşkil edilib. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, eləcə də Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 2016-cı il aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı keçirməsi və düşməni ağır məğlubiyyətə uğratması barədə şagirdlərə geniş məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi