“Torpaq” mövzusunda açıq havada dərs təşkil etdi

    “Yaşıl Dünya naminə həmrəylik ili” və Yaşıl layihə “Təbiəti qoruyanlar” layihəsinin tədbirlər planına əsasən Coğrafiya müəllimi Nəzrin Əmirova VI sinfində “Torpaq” mövzusunda açıq havada dərs təşkil etdi.  Münbit torpaq qatı uzun illər ərzində ona, müxtəlif bitki və heyvan qalıqlarının, çürüntülərinin qarışması nəticəsində əmələ gəlməsi, torpaqdan düzgün istifadə edilməsinin və onun mühafizə olunmasının böyük əhəmiyyəti haqqında şagirdlərə ətraflı məlumat verildi. Həmçinin meşələrin qırılması, çəmənlikİərin düzgün istifadə edilməməsi torpağın aşınmasma, yəni onun münbit qatının su və külək vasitəsilə yuyulub aparılmasına səbəb olması kimi faklar barədə söhbət açıldı. Açıq havada şagirdlərə dərsin mövzusuna uyğun olaraq Pirallahı rayonunda mövcud olan münbit torpaq tərkibi haqqında məlumat verildi. Dərs şagirdlərin marağına səbəb oldu. Sonda coğrafiya müəllimi torpağı qorumaq və onun məhsuldarlığını artırmaq hamının borcu olduğu vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi