Məktəbdaxili monitorinq təşkil edildi

IX sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə təlim-tərbiyə işləri üzrə direktor müavini Elza Cəfərovanın təşəbbüsu ilə Ana dili, riyaziyyat və xarici dil fənlərindən məktəbdaxili monitorinq keçirildi. Monitorinqdə ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarına uyğun olaraq şagirdlər açıq və qapalı test suallarını, mətn üzrə tapşırıqları cavablandırdılar.