"Zəfərə gedən yolda" adlı sinif təşkilat saatı keçirilib
2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqa qələbə sevinci yaşadıb. Mövzu ilə əlaqədar olaraq 03 aprel 2024-cü il tarixində V sinfin sinif rəhbəri Ayşən Rzayevanın təşəbbüsü ilə "Zəfərə gedən yolda" adlı sinif təşkilat saatı keçirilib. Sinif təşkilat saatında direktor Lamiyə Quliyeva və digər qonaqlar iştirak edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mövzu ilə bağlı videoçarx nümayiş olunub, şagirdlərin hazırladıqları kompozisiya izlənilib.