"Narkomaniya və alkoqolizm" mövzusunda maarifləndirici məşğələ keçirildi
Reproduktiv sağlamlığın qorunması və mühafizəsi sağlam ailələr, ailə münasibətləri formalaşdırır. Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Mövzu ilə əlaqədar Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Vüsalə Alyarova və psixoloq Kübra Əliyevanın təşəbbüsü ilə VIII sinifdə “Narkomaniya və alkoqolizm” mövzusunda maarifləndirici məşğələ keçirildi.. Şagirdlər məşğələdə fəal iştirak etdilər. Mövzu ilə bağlı hər bir şagirdlə bukletlər paylanıldı. Narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq.