Ümumrayon iməciliyi keçirildi
30 mart 2024-cü il tarixdə, saat 09:00-da Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon iməciliyi keçirildi. 231 nömrəli tam orta məktəbin kollektiv üzvlərinin iştirakı ilə məktəbin həyətyanı sahəsində iməcilik həyata keçirildi. İməciliyin keçirilməsinin əsas məqsədi ətraf mühitin qorunması, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, sağlamlığın qayğısına qalmaqdan ibarət olub.