31 Mart Azərbaycanlıların Soyqırımı Günü

        29 mart 2024- cü il tarixində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar məktəbin akt zalında dəyirmi masa təşkil edildi. Soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mövzu ilə əlaqədar olaraq çıxış edənlər 1918-ci ilin mart-aprel aylarında rus imperiyasının tapşırığı ilə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırım hadisələri haqqında ətraflı məlumat verdilər. Sonda şagirdlərin hazırladıqları kompozisiya izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi