Yurdumuza bahar gəlir

       Novruz bayramı hər zaman Azərbaycanda xususi təntənə ilə qeyd edilib. Məktəbdə Novruzun qeyd edilməsinin əsas məqsədi şagirdlərə bayramın tarixi barədə daha dolğun məlumatlar vermək, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinə və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına nail olmaqdan ibarətdir.

    Novruz bayramı münasibətilə məktəbin akt zalında 18 mart 2024-cü il tarixində “Yurdumuza bahar gəlir” adlı tədbir təşkil edildi. Tədbirdə  məktəbin direktoru Lamiyə  Quliyeva, müəllim və şagird kollektivi iştirak edirdilər. Xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları nümayiş edildi. Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid şeirlər səsləndirib, kosa, keçəl və bahar qızın iştirakı ilə maraqlı səhnəciklər nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi