"Mənim uğurum - sənin motivasiyan" adlı gənclər üçün inkişaf təlimi keçirilib

   

 Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə dünyanın ən böyük texnologiya müsabiqəsi olan Teknofest müsabiqəsinin mükafatçısı adına layiq görülən Sara Rəhimzadə ilə gənclərin şəxsi inkişafı məqsədilə "Mənim uğurum - sənin motivasiyan" adlı gənclər üçün inkişaf təlimi keçirilib.

    Pirallahı rayonu 231 nömrəli tam orta məktəbin akt zalında keçirilən təlim xarakterli tədbirdə BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, məktəbin direktoru Lamiyə Quliyeva və şagirdlər iştirak ediblər.

    Təlimçi, BDU-nun Fizika fakültəsinin mütəxəssisi və Teknofest müsabiqəsinin qalibi Sara Rəhimzadə öz qazandığı nailiyyətləri barədə şagirdlərə məlumat verib. O gənclərə hər zaman öz üzərlərində işləməyi tövsiyə edərək müasir dövrdə tələb olunan bilik və bacarıqlar barədə də bəhs etmişdir. Daha sonra isə şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırıb.

    Təlimin sonunda iştirakçılara Bakı Şəhər Gənclər və İdman İdarəsinin hədiyyələri təqdim edilmişdir.

#Gənclərİdman

#AZEyouth

#Birkimibirlikdə

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi