” Yol hərəkəti qaydalarını öyrənək və yol nişanlarını tanıyaq!” adlı maarifləndirici təlim keçirilmişdir

        12 mart 2024-cü il tarixində N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin və Pirallahı Rayon Dövlət Yol Polisi Şöbəsinin birgə təşkilatçılığı ilə ”Yol hərəkəti qaydalarını öyrənək və yol nişanlarını tanıyaq!” adlı maarifləndirici təlim keçirilmişdir.

         Təlimdə N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin rəhbərliyi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Pirallahı Rayon Dövlət Yol Polisi Şöbəsinin məsul əməkdaşlarının təşkil etdiyi təlimə, Pirallahı rayonu İcra hakimiyyəti Apparıtının nümayəndələri həmçinin rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin şagirdləri dəvət almışdır.

         Məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və yol nişanlarının mənasını öyrətmək məqsədilə keçirilən təlimdə şagirdlərə yol nişanları haqqında ətraflı məlumat verilmiş, piyada keçidləri, təhlükəsizlik kəmərinin əhəmiyyəti diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, təhsil müəssisələrində şagirdlərə yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin aşılanması, bu barədə onların məlumatlılıq səviyyəsinin artırılması məktəblilərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Həmçinin şagirdlərə yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətinin vacibliyi vurğulanıb.

       Daha sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti ilə bağlı maarifləndirici videoçarxlar nümayiş olunmuşdur. Nümayiş olunan videoçarxlar vasitəsilə piyada və sürücülərin səhvləri müzakirə edilmiş, təhlükəsizlik kəmərini bağlamayanda hansı pis nəticələrlə qarşılaşacaqları uşaqlara izah edilmişdir. Videoçarxlardakı hadisələr haqqında uşaqların fikirləri dinlənilmişdir.

      Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Pərvanə Muradova təəfindən məktəbliləri maraqlandıran suallar geniş cavablandırılaraq izahat verilmişdir.

      Təlim məktəblilər tərəfindən böyük  maraqla qarşılanmışdır. Sonda uşaqlar üçün nəşr olunmuş  “Yol hərəkəti qaydaları” adlı kitab şagirdlərə hədiyyə edilmiş və xatirə şəkli çəkdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi