Qızıl Aypara Cəmiyyətinin yaranması ilə bağlı tədbir keçirilib

    Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranması ilə bağlı tədbir keçirilib.  Tədbirdə məktəbin direktoru Lamiyə Quliyeva, Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri, Təranə İskəndərova, məktəbin müəllim və şagirdləri iştirak edirdilər.

      Tədbirdə məsul şəxslər çıxışlar edərək, mövzu ətrafında  şagirdləri geniş şəkildə məlumatlandırıblar. Tədbirdə çıxış edən natiqlər humanizm və könüllülük prinsipinə əsaslanaraq xeyriyyəçilik sahəsində fəaliyyət göstərən, dövlətin və xalqın dəstəyinə arxalanaraq humanitar problemlərin həllində fəal iştirak etmiş, 104 il şərəfli inkişaf yolu keçmiş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixindən, göstərdiyi səmərəli fəaliyyətdən danışaraq qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün yeni inkişaf dövrünə qədəm qoyub. Vurğulanıb ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlar Cəmiyyətin statusunun, fəaliyyət istiqamətlərinin, hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım olub. Daha sonra mövzularla  əlaqəli video-çarxlar nümayiş olundu.

        Sonda rayon ictimai-mədəni həyatında səmərəli fəaliyyətinə görə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər 10 mart Azərbaycan Qızıl Aypara Cəmiyyətinin günü münasibətilə təşkil olunan göstərdiyi fəallığa görə təşəkkürnamə ilə təltif ediliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi