“5 Mart- Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş yarış

Məktəbin idman müəllimi Cəfər İmanovun təşəbbüsü ilə 6 nəfər VII sinif şagirdləri Bakı şəhər Gənclər və İdman idarəsi, “5 Mart- Bədən tərbiyəsi və idman günü”nə həsr olunmuş orta ümumtəhsil məktəblərinin 2009-2010-cu il təvəllüdlü məktəblilər arasında atletika üzrə Pirallahı rayon turnirində iştirak edərək III yerə layiq görülmüşlər. Yarışın formatı 2024-cü il üçün atletika üzrə milli yarışların proqramına əsasən təşkil edilmişdir. Qalib komandalar diplom, medal, kubok və ya hədiyyə ilə təltif olundular.