Direktoryanı müşavirə keçirildi

01.03.2024-cü il tarixində direktoryanı müşavirə keçirildi. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Ağentliyinin direktoru Eşqi Bağırov tərəfindən 01.03.2024-cü il tarixdə təhsil müəssisələrinə ünvanlanmış 8 Mart Beynəlxaq Qadınlar Günü müsibəti ilə bütün qadın təhsil işçilərinin təbriki kollektivə çatdırılmışdır. Təlimatı məktubda deyildiyi kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 6 noyabr 2014-cü il tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərabər olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının artırılmasına, təhsil müəssisəsinin idarə olunmasında valideynlərin və cəmiətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil müəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının qarşısının alınmasına və müəllim nüfuzunun  yüksəldilməsinə nail olmaqdan ibarətdir. Bu baxımdan, müəllim nüfuzunun yüksək tutulması, məktəb və cəmiyyət içərisində müəllim adına etimadın qorunması və qeyd edilən bütün məsələlərin tələblərə müvafiq şəkildə icrası məqsədilə hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. 8 Mart Beynəlxaq Qadınlar Günü münasibəti ilə 231 nömrəli tam orta məktəbdə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada hədiyyələrin verilməsinə heç bir zaman yol verilməmişdir və bundan sonrada qəti şəkildə qadağan edildiyi kollektivə bildirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi