1 mart - Ümumdünya Mülki Müdafiə Günü

01 mart 2024-ci il tarixində II, V, VI sinif şagirdlərinin iştirakı ilə “1 mart- Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi tərəfindən şagirdlərə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi, fəaliyyət istiqamətləri, “1 mart - Ümumdünya Mülki Müdafiə Günü” və onun qeyd edilməsinin məqsədi, Azərbaycan Respublikasının bu təşkilata üzvlüyü, ölkəmizin Mülki Müdafiə sistemi barədə iştirakçılara ətraflı məlumat verildi.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir. Sonda şagirdlərin mövzu ilə əlaqədar hazırladıqları səhnəciklər izlənildi.