Dəyirmi masa təşkil edildi

Məktəb rəhbəri tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar “Ən yaxşı təqdimat” müsabiqəsi nin şəhər mərhələsində iştirak edəcək şagirdlərin iştirakı ilə dəyirmi masa keçirildi . Sözügedən müsabiqə 2023-2024-cü tədris ilində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı planlaşdırılmış tədbirlər çərçivəsində keçiriləcəyi bildirilmişdir. “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış mütəxəssislərdən ibarət müsabiqə komissiyasının iştirakı ilə Bakıda əyani şəkildə keçiriləcəyi şagirdlərin nəzərinə çatdırılmışdır. Müsabiqə mövzuları və qiymətləndirmə meyarları haqqında ətraflı məlumat verildi.