21 fevral- Beynəlxalq Ana Dili Günüdür

     28 fevral 2024-cü il tarixində “21 fevral Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar məktəbin akt zalında V, VI sinif şagirdlərinin iştirakı ilə  tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Lamiyə Quliyeva, Pirallahı Rayon İcra Hakimiyyəti nümayəmdələri, müəllim və şagird kollektivi iştirak etmişdir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsxanım Əmirbəyova və  İlhamə Ağayeva tədbirdə çıxış edərək şagirdlərə Beynəlxalq Ana Dili Gününün tarixi, ümummilli liderimiz Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti haqqında geniş məlumat verdilər. Müəllimlər eyni zamanda bildirdilər ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ünsiyyət vasitəsi olan Azərbaycan dilinə bu gün dövlətimiz tərəfindən də  ən yüksək səviyyədə diqqət, qayğı göstərilir, onun saflığının qorunması və inkişafı üçün mühüm addımlar atılır. Daha sonra şagirdlərin hazırladıqları maraqlı kompozisiya izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi