Setrifikasiyada iştirak edəcək müəllimlərlə iclas keçirildi

 

27 fevral 2024-cü il tarixində direktor Lamiyə Quliyevanın təşəbbüsü ilə sertifikasiyada iştirak edəcək 4 nəfər müəllimlə maarifləndirici görüş təşkil edilib. Həmin görüşdə riyaziyyat, ingilis və rus dili müəllimləri iştirak ediblər.

 Lamiyə Quliyeva qeyd etdi ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin məqsədi ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılmasıdır.

Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, imtahanın təşkili qaydaları barədə məlumat verilib və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi