"Xocalı soyqırımı-XX əsrin faciəsi" başlıqlı tədbir

23 fevral 2024-cü il tarixində 231 nömrəli tam orta məktəbin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32 il dönümünə həsr olunmuş "Xocalı soyqırımı-XX əsrin faciəsi" başlıqlı tədbir keçirildi.

      Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Qeyri-hökumət təşkilatlarının nümayəndələri, məktəbin pedaqoji kollektiv və şagirdləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Xocalı rayonundan olan keçmiş məcburi köçkünlərin iştirakı ilə keçirilmiş tədbirdə dövlət himni səsləndirilmiş, Ümummilli lider Heydər Əliyevin, faciə qurbanlarının və şəhidlərin xatirəsi yad edilmiş, mövzu ilə bağlı video-çarx nümayiş olunmuşdur.

      Çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva və natiqlər  vurğuladılar ki, bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində nifrət və soyqırımı siyasətini sübut edən Xocalı soyqırımından 32 il ötür. Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet qoşunlarının 366-cı motoatıcı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri işğal edilmiş, yerli əhaliyə qarşı soyqırımı cinayəti törədilmiş, şəhər yerlə yeksan olunmuşdur. Bu soyqırımı hadisəsində fundamental insan hüquqları, beynəlxalq humanitar hüququn norma və prinsipləri kobud şəkildə pozulmuş, 613 Xocalı sakini amansızlıqla qətlə yetirilmiş, 1275 nəfər əsir götürülmüşdür. Qeyd olunmuşdur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymət verilmiş və 26 fevral tarixi Xocalı Soyqırımı Günü kimi elan edilmişdir. Bu gün Xocalı faciəsində həlak olan şəhidlərimizin ruhu şaddır. Artıq Xocalıda üçrəngli bayrağımız dalğalanır, şəhidlərimizin qisası düşməndən alınıb. Bunun üçün xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Şanlı Azərbaycan Ordusuna minnətdardır.

     Sonda şagirdlərin ifasında  Xocalı soyqırımı qurbanlarına  həsr olunmuş kompozisiyalar  nümayiş olunmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi