“Əlamət və keyfiyyət bildirən sifətlər” mövzuda nümunəvi dərsi keçirildi

Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Ağayevanın 5-ci sinifdə “Əlamət və keyfiyyət bildirən sifətlər” mövzuda nümunəvi dərsi keçirildi.

Dərsdə məktəbin direktoru Lamiyə Quliyeva və müəllimlər iştirak etdilər. Dərs boyunca şagirdlərin fəallığı izlənildi.  Müəllim dərsin mövzusuna uyğun üsullar və iş formaları seçmişdi. Dərsdə İKT-dən istifadəyə geniş yer verildi, şagirdlərin müstəqil və yaradıcı işləmələri, dərsin bütün mərhələlərində onların fəallığı təmin olundu. Hər mərhələ üzrə qiymətləndirmə düzgün aparıldı, fəal şagirdlərə hədiyyələr təqdim olundu.  Maraqlı keçən dərsdə qarşıya qoyulan məqsəd əldə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi