8-ci və 9-cu siniflər üzrə monitorinq keçirildi
19 fevral 2024-cü il tarixdə BŞTİ tərəfindən Azərbaycan və rus bölmələrində 8-ci və 9-cu siniflər üzrə monitorinq keçirildi. Materiallar iki variantda hazırlanmışdır. Monitorinqdə şagirdlərə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə ümumilikdə 85 tapşırıq təqdim olunub. Tapşırıqların icrası üçün şagirdlərə 150 dəqiqə vaxt verilir.
Monitorinqin keçirilməsində əsas məqsəd buraxılış imtahanı fənləri üzrə təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir.