Birinci yarımil üzrə fərqlənən şagirdlər qiymətləndirildi
Məktəbdə müasir tədris-təlim prosesinin qurulmasında həlledici faktorlardan biri olan keyfiyyətin idarə olunması məsələsinə xüsusi yer verilir. Təlim keyfiyyətinin yüksəldilməsi bilavasitə müəllimlərin fəaliyyəti və tədris prosesini müasir tələblərə uyğun qurulması ilə bağlıdır.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Mahmudova tərəfindən 2023-2024-cü tədris ilinin birinci yarımilin yekun qiymətlərinə əsasən nümunəvi davranışları, keyfiyyət faizi ilə fərqlənən, o cümlədən təhsildə yüksək nailiyyət əldə edərək tədris ilini əla qiymətlərlə başa vuran XI və II sinif şagirdlərinə "Tərifnamə"lər və kubok təqdim olundu.