Psixointellektual breyn-rinq oyunu keçirildi
Məktəb şagirdləri arasında psixointellektual breyn-rinq oyunu keçirildi
Psixoloq Kubra Əliyeva tərəfindən təşkil olunan oyunların əsas məqsədi məktəblilər arasında xüsusi hallarla bağlı məsələlərə və həssas qruplarla işə diqqəti artırmaq, müvafiq qrupa daxil olma ehtimalı olan şagirdlərin istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
VIII, IX, X, XI sinif şagirdlərindən ibarət komandalar müəyyən vaxt ərzində onlara verilən müvafiq tapşırıqları yerinə yetirirlər. Oyunda qalib gələn “Duyğu” komandasına diplom və hədiyyələr təqdim olundu.