14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü qeyd edildi

 

        14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibəti ilə kitab sərgisi təşkil edildi. Kitabxananın müdiri Mirzəhra Bayramova şagirdlərə mütaliə mədəniyyətinin formalaşmasında kitabın rolundan, gələcək nəsillərin dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasından bəhs etdi. O həmçinin qeyd etdi ki, bu əlamətdar gün, kitab bağışlayan və kitaba məhəbbətlə yanaşan bütün insanları öz ətrafında birləşdirir. Bü məqsədlə ibtidai siniflərə nağıl kitabları hədiyyə etdi.

    Sərgidə iştirak edən məktəbin direktoru Lamiyə Quliyeva öz növbəsində “Beynəlxalq kitab bağışlama günü” münasibətilə məktəbliləri təbrik etdi, bu günün keçirilməsində əsas məqsədin gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, uşaqlara kitab bağışlamağın və onlarda kitaba məhəbbət yaratmağın müqəddəs bir vəzifə olduğunu vurğulayaraq kitabxanaya yeni kitab hədiyyə etdi.

        Sonda məktəblilər kitabxanada təşkil olunan sərgi ilə tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi