“Hər kəlməsi bir inci” mövzusunda şeir müsabiqəsi keçirilib
13 fevral 2024-cü il tarixində “21 fevral - Beynəlxalq Ana Dili Günü” ilə bağlı məktəbin şagirdləri arasında “Hər kəlməsi bir inci” mövzusunda şeir müsabiqəsi keçirilib.Tədbirdə məktəbin direktoru Lamiyə xanım Quliyeva başda olmaqla digər müəllimlər də iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan dili və ədəbiyyat müəllimləri Vəsxanım Əmirbəyova, İlhamə Ağayeva şagirdlərə Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən danışıblar. Bildiriblər ki, 2000-ci ildən fevralın 21-i Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri böyükdür. Dahi şəxsiyyətin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olundu. “Hər kəlməsi bir inci” mövzusunda keçirilən şeir müsabiqəsində məktəbin VI-VII siniflərində təhsil alan şagirdlər iştirak edib. Müsabiqənin nəticələrinə I,II,III yerin qalibləri müəyyənləşdirilib.