2 fevral-Gənclər günü münasibəti ilə dəyirmi masa təşkil edildi

2 fevral-Gənclər günü münasibəti ilə məktəbin direktoru, müəllimlər və X sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa təşkil edildi. Çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva və digər müəllimlər gəncləri bu gün münasibəti ilə səmimi-qəlbdən təbrik etdilər. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan haqqında və bu günün gənclərin həyatında oynadığı mühüm rol haqqında geniş məlumat verdilər. Onlar qeyd etdilər ki,bu gün 1997-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu Ulu öndərin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişmişdir. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır. Sonda mövzu ətrafında maraqlı diskussiya  oldu.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi