Pedaqoji Şuranın növbəti iclası keçirildi

31 yanvar 2024-cü il tarixdə məktəbdə pedaqoji heyətin və valideyn komitələri nümayəndələrinin iştirakı ilə pedaqoji şuranın növbəti iclası kecirildi. İclasın keçirilməsində əsas məqsəd məktəb sənədlərinin qaydaya salınması, jurnalların mövcud qaydalara uyğun yazılması, təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşması, valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsi, psixoloji xidmətin təşkili ümumilikdə qarşıda duran vəzifələrin icrası və müvafiq məsələlərlə bağlı kollegial qərarların qəbul edilməsi olmuşdur.
İclasda sədr Lamiyə Quliyeva çıxış edərək məktəb və siniflər üzrə keyfiyyət faizi, əldə etdiyimiz uğurlar, həmçinin IX sinif şagirdlərinin monitorinqlərinin nəticələri haqqında ətraflı məlumat verdi. Toplantıda qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi, aidiyyəti tapşırıqlar verildi və müəllimləri maraqlandıran suallar ətraflı cavablandırıldı.