“20 Yanvar Müstəqilliyimiz uğrunda mübarizənin təməl daşıdır” adlı anım tədbiri keçirildi

        19 yanvar 2024-cü il tarixində məktəbin akt zalında 20 yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş “20 Yanvar Müstəqilliyimiz uğrunda mübarizənin təməl daşıdır” adlı anım tədbiri keçirildi. Tədbirdə çıxış edən məktəbin direktoru Lamiyə Quliyeva və müəllimlər bildirdilər ki, tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX  əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş, əliyalın, dinc, mülki əhali  kütləvi qətliama məruz qalmışdır. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bir daha sübut etdi, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə qəlmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi