20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir     

Qanlı Yanvar hadisələrindən 34 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 34 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxt ki, rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.

          Məktəbdə 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Təşkil olunan bu tədbirlər şagirdləri 20 Yanvar hadisələri haqqında daim məlumatlandırmaq bu silinməz qan yaddaşını nəsildən-nəsilə ötürməkdən ibarətdir.

“Yanvar həqiqətləri” başlığı altında təşkil olunan divar qəzetinin tərtibində məktəb şagirdləri böyük həvəslə iştirak etdilər.

“20 Yanvar şagirdlərin gözü ilə” adlı rəsm sərgisidir. Sərgidə məktəb şagirdlərinin əl işləri sərgiləndi.

          Hər bir azərbaycanlı bu gün sahib olduğu müstəqiliyin, suveren və demokratik dövlətdə yaşamağın hansı qurbanlar və mücadilələr sayəsində başa gəldiyini unutmamalıdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi