Sağlam qida – sağlamlığın açarıdır
Süfrə mədəniyyəti tarixən xalqımızın həyat tərzini, məişətini, davranışını, zövqünü, estetikasını, dünyagörüşünü formalaşdıran əsas amil olmuşdur. Sağlam qida-uşaqların sağlamlığ açarıdır. Məktəbin III sinif şagirdləri müəllimləri Məhbubə Cəfərova ilə birgə texnologiya fənnindən nahar yeməyinin hazırlanma qaydalarını öyrənərək nahar süfrəsinin hazırlanması üçün müxtəlif salatlar qəliyanaltılar, disertlər hazirlayiblar. Bu balaca fidanlar kiçik yaşlarından evdarlıgın sirlərinə yiyələnməyə çalışır, yemək masası arxasında yüksək mədəniyyət nümayiş etdirirdilər.