Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı ilə bağlı tədbir keçirildi

    Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayramı ilə bağlı "Qar dənəciyi" adlı tədbir keçirildi. Tədbirdə məktəbin bütün sinifləri və müəllim kollektivi iştirak etdi. Məktəbin direktoru Lamiyə Quliyeva bütün məktəb heyətini və şagirdləri bu bayram münasibətilə təbrik etdi, öz xoş arzularını çatdırdı. O qeyd etdi ki, 31 dekabr tarixi Azərbaycan xalqının birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində həmvətənlərimiz tərəfindən qeyd olunur.  Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. Bugün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Lamiyə     Quliyeva bu həmrəyliyin bizi yeni-yeni qələbələrə aparacağını vurğuladı.

Çıxışlardan sonra şagirdlərimizin ifasında səslənən şən mahnılar, məzəli səhnəciklər, oynaq rəqslər tədbir iştirakçılarına xoş təəsürat bağışladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi