“Xarici dil fənn aylığı”nın səmərəli təşkili
Son illər ölkəmizdə xarici dillərin, xüsusən də beynəlxalq statuslu ingilis dilinin tədrisinə diqqət artıb. Xarici dillərin tədrisinin I sinifdən başlayaraq aparılması, tədris planlarında ona ayrılan saatların artırılması, fənnin tədrisinə yeni yanaşmaların tətbiqi, mövcud kurikulumda əvvəlki tədris proqramlarından fərqli daha zəngin məzmunun əhatə olunması, yeni standartlar bunu təsdiq edir.
Aylığa geniş hazırlıq işləri görülüb. Bu məqsədlə məktəb və fənn metodbirləşmə rəhbərləri tərəfindən tədbirlər planı hazırlanıb, xarici dil fənlərinin tədrisi vəziyyəti yoxlanılıb. Aylıq çərçivəsində bir-birindən maraqlı, əhəmiyyətli çoxlu tədbir planlaşdırılaraq həyata keçirilib. Fənn aylığı xarici dil müəllimlərinin böyük fəallığı ilə keçib, nəzərdə tutulan bütün tədbirlər reallaşdırılıb.
Tədbiri yekunlaşdıran məktəbin direktoru və ixtisasca ingilis dili müəllimi olan Lamiyə Quliyeva “Xarici dil fənn aylığı”nın bütövlükdə uğurla keçdiyini bildirib və onda əməyi olan hər kəsə təşəkkür edib. Aylıq çərçivəsində təşkil olunan tədbirlərin təhsilin keyfiyyətinə, fənn müəllimlərinin peşəkarlığının artmasına, məktəblilərdə dərslərə davamlı marağın yaranmasına müsbət təsir etdiyini deyən direktor məktəbləri, müəllimləri fənn aylıqlarında fəal iştirak etməyə, daha keyfiyyətlə çalışmağa çağırıb.