Məktəbdə dezinfeksiya işləri həyata keçirilmişdir
Məktəbdə sanitar-gigiyenik norma və qaydaların tələblərinə uyğun olaraq, planlı şəkildə dezinfeksiya tədbirləri həyata keçirilir, şagirdlər məktəbə daxil olan zaman hərarəti ölçülür, siniflərdə müntəzəm monitorinqlər aparılır. Görülən işlərin tərkib hissəsi kimi Pirallahı rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məktəbdə dezinfeksiya işləri həyata keçirilmişdir. Dezinfeksiya işləri mütəmadi xarakter daşıyır və sanitar gigiyenik vəziyyət nəzarətdə saxlanılır