“Professions” mövzusunda “Açıq dərs” keçirilib
İngilis dili müəllimi Ayşən Rzayevanın təqdimatında III sinfində “Professions” mövzusunda “Açıq dərs” keçirilib. Dərsdə məktəbin direktoru Lamiyə Quliyeva və təlim-tərbiyə işləri üzrə direktor müavini iştirak ediblər. Dərsin motivasiyası videorolikin izlənməsi ilə başlanıb. Şagirdlər müəllimin videoçarxda göstərdiklərinə aid suallarını cavablandırmağa çalışıblar. Müəllim şagirdlərə bilikləri müstəqil şəkildə əldə etməyi, ünsiyyət qurmaq, əməkdaşlıq etmək, problemli situasiyalarda çıxıs yolu tapmaq kimi bacarıqlar formalaşdırmağa çalışdı. Bu məqsədlə şagirdlərin xarici dil fənlərinə marağını artırmaq əsas hədəflərdəndir.