Bullinqin öhdəsindən necə gələ bilərəm?!

Təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda  yer almış bullinqdir (bullying).  İlk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilən bu termin bu mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunub. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir. Bu cur halların qarşısını almaq  məqsədilə psixoloq Kubra Əliyeva tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir. Psixoloq  xüsusilə, yeniyetmələr arasında geniş yayılan bullinqin çox ciddi fiziki və psixoloji travmalara və faciələrə səbəb olduğunu qeyd etdi, bundan yarana biləcək fəsadlar haqqında danışdı. Tədbirdə eyni zamanda mövzuya həsr olunmuş maarifləndirici videoçarx da nümayiş olundu. Sonda VII sinif şagirdləri ilə mövzuya dair müzakirələr aparıldı, bullinqə qarşı mübarizə yolları araşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi