Yaşıl layihə: “Təbiəti qoruyanlar” layihəsinə start verildi

Yaşıl layihə: “Təbiəti qoruyanlar” layihəsinə start verildi. Məktəbin coğrafiya müəllimi X sinif şagirdləri ilə birgə açıq havada ekskursiya təşkil etdi. Layihənin məqsədi təhsilalanların ekoloji maarifləndirilməsi, bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsindən ibarətdir.