Təlimə Dəstək Mərkəzinin psixoloqu Səidə Əhmədovanin müəllim və valideynlərlə görüşü keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin məktəb mühiti və psixoloji xidmətin təşkili bölməsinin müdiri Səidə Əhmədova məktəb psixoloqunun sənədlərinə baxış keçirdib və öz tövsiyyələrini verib. Daha sonra o, təhlükəsiz və sağlam psixoloji öyrənmə mühitinin təmin edilməsi ilə bağlı müəllim və valideynlərlə söhbət apardı. Səidə Əhmədova valideynlərə müasir dövrün uşaqları ilə davranış qaydalarından, həmçinin ailədaxili münasibətlərin uşaq tərbiyəsinə təsirindən bəhs etdi. Valideynlər də öz növbəsində onları narahat edən məqamları qeyd edərək, suallar ünvanladılar.