"Heydər Əliyev ili" nə həsr olunmuş kitab sərgisi

Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib.
MüasirSərginin açılışında çıxış edən direktor Lamiyə Quliyeva və kitabxana mudiri Mirzəhra Bayramova 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixində imzaladığı Sərəncamı Ulu Öndərin şəxsiyyətinə, onun ictimai-siyasi fəaliyyətinə verilən yüksək qiymətin bariz ifadəsi adlandırıb, bu qərarın xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığını söyləyiblər. Vurğulanıb ki, gənc nəslin Heydər Əliyev irsi ilə daha yaxından tanış olması baxımından bu cür kitab sərgilərinin əhəmiyyəti böyükdür.