İbtidai siniflərdə oxu və yazı texnikasının yoxlanılması

İbtidai siniflərdə oxu və yazı texnikasının yoxlanılması məqsədilə məktəbin ibtidai sinif şagirdlərin monitorinqi təşkil olunub. Monitorinq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Mahmudova tərəfindən aparılıb.
Monitorinq zamanı şagirdlər 4 istiqamət üzrə yoxlanıldı: Oxu texnikasında sürətli və düzgün oxu, şüurlu oxu və yazı texnikasında düzgün yazı, səliqəli yazı.
Əldə olunan məlumatlar emal olunduqdan sonra hədəflər müəyyənləşdiriləcəkdir. Növbəti monitorinqlər ilə müqayisəli təhlil aparılacaqdır.