Direktoryanı müşavirə keçirildi

 Təlim-tərbiyə prosesini elmi-pedaqoji əsaslar üzərində qurmaq, nəzarətin məzmununa, forma və metodlarına, iş üslubuna yeni təfəkkür zəminində yanaşmaq vacib şərtlərdəndir. Məktəbin direktoru Lamiyə Quliyeva metodbirləşmə rəhbərləri ilə birgə direktoryanı müşavirə təşkil etdi.

Pedaqoji prosesdə ən çox diqqət yetirdikləri sahələrdən biri dərs sisteminə nəzarətdir. Dərsin təkmilləşdirilməsi, onun funksiyalarının genişləndirilməsi, imkanlarının artırılması istiqamətində tədqiqatlar aparılmasına baxmayaraq, onun mexanizmini, strukturunu, ayrı-ayrı cəhətlərini öyrənməyə və yeniləşdirməyə bu gün də böyük ehtiyac var.  Dərs müəllimlə şagirdi vahid məqsədə doğru aparmalı, onlar arasında qarşılıqlı fəaliyyət və humanist münasibət yaratmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi