"Əziz Laçın, sən azadsan!" adlı tədbir təşkil edildi

       Laçın rayonunun işğaldan azad edilməsindən üç il ötür. 28 il düşmən tapdağında qalan Laçın 44 günlük Vətən müharibəsində qazanılan zəfər nəticəsində əsarətdən xilas oldu. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olmuşdur. Laçın şəhərinin mərkəzində də Azərbaycanın Dövlət Bayrağı dalğalanır. Hazırda Laçında bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir. Rayon sakinləri doğma yurd-yuvalarına qayıdırlar.  X sinif şagirdlərinin təşkilatçılığı ilə "Əziz Laçın, sən azadsan!" adlı tədbir təşkil edildi. Tədbirdə məktəbin direktoru Lamiyə Quliyeva, müəllim və şagirdlər iştirak edirdilər.

        Tədbirin bədii hissəsində şagirdlərin ifa etdikləri vətənpərvər şeir, mahnılar və səhnəciklər  yüksək əhval-ruhiyyə yaratdı.

https://youtu.be/QyhwIuZDaP0

https://youtu.be/955hxiPHUDs

https://youtu.be/E9vaeaVFGc0

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi