"Korrupsiyaya yox deyək" adlı seminar təşkil edildi
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Elm və Təhsil Nazirliyinin 2023-cü il üzrə İş Planının Icrasını təmin etmək məqsədi ilə 29 noyabr 2023-cü il tarixində VIII sinif şagirdlərinin iştirakı ilə "Korrupsiyaya yox deyək" adlı seminar təşkil edildi, maarifləndirici söhbətlər aparıldı, mövzu barədə ətraflı məlumat verildi. Bildirildi ki, bu tədbirlər Elm və Təhsil Nazirliyinin 2022-ci il üzrə Tədbirlər Planının icrası çərçivəsində müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, korrupsiya risklərinin təhlili, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsi məqsədilə təşkil olunur. Sonunda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.