Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində silsilə dərslər keçirilir
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının (bundan sonra – Şura) əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən ibarətdir.
Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində 2023-cü il üzrə maarifləndirmə tədbirəri həyata keçirilir. Mövzu ilə əlaqədar olaraq məktəbdə Dayanıqlı İnkişaf Məqsədlərinin öyrənilməsinə yönəlmiş silsilə dərslər təşkil edilir.