Məktəb-Şagird Parlamenti yaradıldı
Məktəblilərdə fəal həyat tərzinin formalaşdırılması, təşkilatçılıq, özünüidarənin əsas sirlərini mənimsətməkdir. Şagirdərdə liderlik keyfiyyətlərini formalaşdırmaq, qanunların aliliyini – məktəblilərin etik- davranış qaydalarına hörmətlə yanaşaraq, əməl etmək vərdişlərini aşılamaq məqsədi ilə 28 noyabr 2023-cü il tarixində "İRƏLİ” İctimai Birliyinin təqdim etdiyi "Məktəb Parlamenti” layihəsinə əsasən məktəbdə Məktəb-Şagird Parlamenti yaradıldı.
Məktəbdə mövcud olan 7-ci, 8-ci, 9-cu, 10-cu və 11-ci siniflərin hər birindən şagirdlər əvvəlcədən hazırlanmış ümumi dünyagörüşü testlərindən keçirlər. Yekun nəticə olaraq test mərhələsindən uğurla keçən şagirdlər parlamentə seçilir və fəaliyyətə başlayır. Məktəb parlamentində 23 şagird – deputat seçilib. Seçilmiş parlament deputatları gizli səsvermə yolu ilə parlamentin sədrini təyin edirlər.