"Gəncliyin ilk baharı" mövzusunda məşğələ keçirildi
Müasir elmi tədqiqatlar yeniyetmələrin mühitlə uyğunlaşmamağının yeni səbəbini təqdim edir. Nizamsız əhval-ruhiyyə və davranışın səbəbi beyində baş verən qeyri-hamar inkişafdadır. Məsələ zehni yetişkənlikdə deyil. Tədqiqatların əksəriyyəti göstərir ki, yeniyetmələrdə abstrakt təfəkkür, yaddaş və planlaşdırma bacarığı 15-16 yaşında tam formalaşır. Mövzu ilə əlaqədar olaraq 27 noyabr 2023-cü il tarixində IX sinif şagirdləri ilə birgə “Gəncliyin ilk baharı“ mövzusunda məşgələ keçirildi və slayd nümayiş olundu.