26 noyabr– Azərbaycan Kəlağayısı Günüdür

Kəlağayı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun qeyri- maddi mədəni irs siyahısına daxil edilib.
Kəlağayı - Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirməklə, gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi sayılan milli baş örtüyüdür. Mövzu ilə əlaqədar olaraq 27 noyabr 2023-cü il tarixində müsiqi müəllimi Yeganə Həsənovanın təşəbbüsü ilə IV sinif şagirdlərinin iştirakı ilə maraqlı kompozisiya hazırlandı.
#Azərbaycan #26noyabr #kəlağayı