“Tarixi şəxsiyyət, əbədiyaşar Lider” adlı sinif saatı keçirildi

       Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. 

        23 noyabr 2023-cü il tarixində II sinfin rəhbəri Aygün Məmmədovanın təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixi şəxsiyyət, əbədiyaşar Lider” adlı sinif saatı keçirildi.

         Tədbiri giriş sözü ilə açan sinif rəhbəri ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, Vətənimizin hər bir uğrunda onun imzası olduğundan söhbət açdı. Sonra söz şagidlərə verildi. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər ifa etdilər, dahi şəxsiyyətlərin ulu öndər haqqında dedikləri aforizmləri söylədilər  “Heydər Əliyevi kim daha yaxşı tanıyır?” adlı viktorinada iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi