“İnsan alverinə qarşı mübarizə”

22 noyabr 2023-cü il tarixində  məktəbdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin direktoru, Pirallahı RİH-nin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin əməkdaşları, müəllim heyəti və şagirdlər iştirak etdilər. Məktəbin direktoru Lamiyə Quliyeva qonaqları salamlayaraq ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışdı.

          Tədbir zamanı insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu, hər bir dövlətdə insan hüquqlarının, ailə institutunun qorunmasının və onun düzgün formalaşmasının ən önəmli məsələ olduğu xüsusi vurğulandı. 

Sonra mövzuya dair videoçarx nümayiş olundu və mövzu ətrafında müzakirələr aparıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi