Ağdam Şəhəri Gününə həsr edilmiş "Ağdam sən azadsan!" adlı tədbir keçirildi
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama sasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Mövzu ilə əlaqədar olaraq 21 noyabr 2023-cü il tarixində Ağdam Şəhəri Gününə həsr edilmiş "Ağdam sən azadsan!" adlı tədbir keçirildi.