Şagirdlər Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edib

Kitab bəşəriyyətin və insanların həyatında çox mühüm yer tutan amillərdən biridir. Əsrlər boyu yazarlarımız, mütəfəkkirlərimiz dünya ədəbiyyatına mühüm töhfələr veriblər. Bununla da Azərbaycanı ədəbiyyat və fikir məkanı kimi dünya xəritəsinə yerləşdiriblər. Artıq 9-cu dəfə təşkil edilən sərgi həm Azərbaycan kitabının beynəlxaq aləmdə, həm də dünya kitabının Azərbaycanda təbliğinə xidmət edir. 

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir. Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edirlər.15 noyabr 2023-cü il tarixində Pedaqoji kollektiv və bir qrup şagirdlər  9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.  9-cu Bakı Beynəlxalq Kitab Sərgisi uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi