“Ailəm və məktəbim” layihəsi çərçivəsində valideynlərlə birgə iş
Valideyn, övladının təhsil prosesinə cəlb olunduğu zaman, şagirdin daha yüksək akademik davamiyyəti, həmçinin imtahanlarda və testlərdə daha yaxşı nəticəsi olur. Eyni zamanda, fəallıq göstəriciləri yaxşılaşır, şagirdin sosial bacarıqları inkişaf edir, onun hərəkətləri həm evdə, həm də məktəbdə pozitiv olur. Bunlar, şagirdlərə həm məktəbdə tədris müddətində, həm də gələcək iş fəaliyyəti prosesində təsir göstərən ən əhəmiyyətli amillərdir
Mövzu ilə əlaqədar olaraq 15 noyabr 2023-cü il tarixində “Ailəm və məktəbim” layihəsi çərçivəsində kitabxana müdiri Mirzəhra Bayramova şagirdlər və valideynlərlə birgə iş apardı. Valideynlər işlənib yarasız vəziyyətə düşmüş dərsliklərin bərpa edilməsində şagirdlərə köməklik göstərdilər.